Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“TikTok” və “LinkedIn”lə Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub - BBN

“TikTok” və “LinkedIn”lə Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub

Şuşa Qlobal Media Forumu çərçivəsində “TikTok” və “LinkedIn” nümayəndələri ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım edib.

Görüşdə “TikTok”un Şərqi Avropa üzrə Hökumətlə Əlaqələr və İctimai Siyasət Departamentinin rəhbəri Diana Ryan, “LinkedIn”in Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikası regionları üzrə Dövlət Sektoru və Qeyri-Kommersiya Təşkilatları ilə Satış Departamentinin rəhbəri Seamus Clancy, həmçinin Dharana Digital şirkətinin direktoru, süni intellekt və sosial media üzrə tədqiqatçı Karen Sutherland iştirak ediblər.

Müzakirələr zamanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, rəqəmsal idarəetmə məsələləri və uşaqların onlayn mühitdə daha yaxşı qorunmasına yönəlmiş yeni qanunvericilik təşəbbüsləri diqqət mərkəzində olub.

Tərəflər, həmçinin rəqəmsal təhlükəsizlik və uşaqların internetdə qorunması sahəsində beynəlxalq qabaqcıl təcrübələr ətrafında fikir mübadiləsi aparıblar.

Related posts

Azərbaycanda kraudfandinq sahəsində vergi güzəştləri mexanizminin tətbiqi təklif olunur

Bəzi iqtisadi cinayətlərə görə dövlətə ödəniş tələbi azaldılır

Bakıda Türk Dövlətləri Təşkilatının Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu keçirilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı