Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Toshiba 74 illik birja tarixinə son qoymağa hazırlaşır - BBN

Toshiba 74 illik birja tarixinə son qoymağa hazırlaşır

Yaponiyanın ən qədim və ən böyük şirkətlərindən biri olan Toshiba, bir qrup investorun səhmlərinin əksəriyyətini satın alması ilə 74 illik birja tarixinə son qoymağa hazırlaşır.

BBN.az xəbər verir ki, şirkət, özəl kapital firması Japan Industrial Partners (JEEP) tərəfindən idarə olunan konsorsiumun səhmlərinin 78,65 faizini satın alıb.

Firmanın 2/3-dən çoxuna sahib olmaq qrupa özəl olaraq 14 milyard dollarlıq müqavilə bağlamağa imkan verir.

Toshiba şirkətinin kökləri saatlar və mexaniki gəlinciklər istehsalçısı kimi 1875-ci ilə gedib çıxır.

Müqaviləyə əsasən şirkətin səhmləri bu ilin sonunda birjadan çıxarıla bilər. Toshiba-nın sədri və baş icraçı direktoru Taro Şimada verdiyi açıqlamada şirkətin “indi yeni səhmdarla yeni gələcəyə doğru böyük bir addım atacağını” söylədi.

Related posts

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

Üç texnologiya nəhəngi OpenAI-ə 110 milyard dollarlıq investisiya yatırdı

Avropanın qaz ehtiyatları 30%-dən aşağı düşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı