“Trendyol Azərbaycan” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb

“Trendyol Azərbaycan” MMC-yə yarandığı gündən bu yana artıq beşinci dəfə əlavə maya qoyulub. Banker.az-ın məlumatına görə, şirkətin nizamnamə fondu 168,19 milyon manata çatdırılıb.

Bu artım:

  • son bir ayda 34%,

  • şirkət yaradıldığından bəri isə 841 dəfə yüksəliş deməkdir.

Qeyd edək ki, “Trendyol Azərbaycan” 2023-cü ilin avqustunda cəmi 200 min manat nizamnamə kapitalı ilə təsis olunub və həmin tarixdə dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, bazara daxil olmamışdan əvvəl ana şirkət “Trendyol”, “PASHA Holding” ilə birgə açıqlama yayaraq Azərbaycanda e-ticarət xidmətləri göstərəcək birgə müəssisə yaradacaqlarını bildirmişdi.
Şirkətin direktoru İrem Çağlı Yılandildir.

Related posts

Azərbaycanda milli iqtisadiyyatın dayanıqlığının artırılması əsas hədəflər sırasındadır

“Azərbaycan Biznesinin İnkişafı Fondu” 11 ayda 5 960 layihəyə 346 milyon manat kredit verib

“Azerbaijan Rigs” MMC nizamnamə kapitalını azaldıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı