Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Türk İnvestisiya Fondu 2030-cu ildən beynəlxalq kapital bazarlarına çıxmağı planlaşdırır - BBN

Türk İnvestisiya Fondu 2030-cu ildən beynəlxalq kapital bazarlarına çıxmağı planlaşdırır

Türk İnvestisiya Fondu (TIF) 2030-cu ildən etibarən beynəlxalq kapital bazarlarında daha fəal rol oynamağı planlaşdırır.

BBN.az xəbər verir ki, Report-a istinadən, bunu TIF-in prezidenti Bağdad Amreyev bildirib.

Onun sözlərinə görə, Fond beynəlxalq istiqrazlar buraxa, iqtisadi cəhətdən məqsədəuyğun olduğu halda isə üzv dövlətlərin milli valyutalarında maliyyə vəsaitləri cəlb edə bilər.

Bağdad Amreyev xatırladıb ki, TIF-in 6 üzvü var. Bunlar Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.

Fondun prezidenti qeyd edib ki, kapital bazarlarına çıxış uyğun zamanda həyata keçirilməlidir. Onun sözlərinə görə, istiqraz buraxılışı yeni beynəlxalq maliyyə institutu üçün nüfuz məsələsi və ya özlüyündə məqsəd olmamalıdır.

“Belə bir qərar iqtisadi cəhətdən əsaslandırılmalı və TIF möhkəm maliyyə mövqeyi, etibarlı korporativ idarəetmə və risklərin idarə edilməsi sistemi formalaşdırdıqdan, habelə layihələrin uğurlu maliyyələşdirilməsinə dair təsdiqlənmiş təcrübə topladıqdan sonra qəbul edilməlidir”, – B.Amreyev vurğulayıb.

O bildirib ki, hazırkı mərhələdə əsas vəzifələr TIF-in kapitalından səmərəli istifadə etmək, perspektivli layihələri maliyyələşdirmək və Fondun nüfuzunu formalaşdırmaqdır.

Related posts

BOKT “EMBAFİNANS” QSC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

Turizm sahələrinin qeyri-neft ÜDM-də payı 2030-cu ilədək 8,6%-ə çatdırılacaq

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyası davam edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı