Türkiyədə işsizlik 8,6 faizə yüksəlib

Türkiyədə ikinci rübdə işsizlik 8,6 faizə yüksəlib.

BBN.az xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) Ev Təsərrüfatı İşçi Qüvvəsi Araşdırmasının nəticələrinə görə, 15 və yuxarı yaşda olan şəxslər arasında işsizlərin sayı 2025-ci ilin II rübündə əvvəlki rüblə müqayisədə 106 min nəfər artaraq 3 milyon 34 min nəfərə çatıb.

İşsizlik səviyyəsi isə 0,3 faiz bəndi artaraq 8,6 faiz olub. İşsizlik göstəricisi kişilərdə 7 faiz, qadınlarda isə 11,6 faiz olaraq qiymətləndirilib.

2025-ci ilin II rübündə məşğul əhalinin sayı əvvəlki rüblə müqayisədə 41 min nəfər azalaraq 32 milyon 435 min nəfər təşkil edib, məşğulluq səviyyəsi isə 0,2 faiz bəndi azalıb və 48,9 faiz olub. Bu göstərici kişilərdə 66,1 faiz, qadınlarda isə 32,1 faiz olaraq qeydə alınıb.

Əmək bazarında iştirak nisbəti 53,5 faiz olub.

Related posts

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

Ötən il külək və günəş enerjisi istehsalı 162,3 mln. kVt·st artıb

“Allianz” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı