Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq! - BBN

UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!

Yay tətilini arzuladığın kimi keçirmək, yeni əşyalar almaq, evdə yarımçıq qalan işləri tamamlamaq- aylardır təxirə saldığın digər planları həyata keçirmək… Bu arzular 30 000 manatlıq sərfəli kredit xətti və 72 günədək güzəşt müddəti olan UCard ilə daha əlçatan oldu.

Məhz buna görə, Unibank UCard-ı daha sərfəli şərtlərlə yenilədi. Artıq UCard sahibləri 30 000 manatadək kredit xəttindən faydalana, istifadə etdikləri məbləği isə 72 günədək faizsiz geri ödəyə bilərlər.

Daha uzun güzəşt müddəti və daha yüksək kredit limiti ilə UCard maliyyə planlarınıza daha çox çeviklik və rahatlıq gətirir.

UCard istifadəçiləri üçün digər üstünlüklərdən biri də geniş taksit imkanlarıdır. Kart sahibləri 100-dən çox partnyor şəbəkəsində indi 24 ayadək taksitlə alış-veriş edə bilərlər. Partnyorların siyahısı və kampaniya şərtləri ilə “Unibank”ın rəsmi internet saytının “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.

Kredit kartından daha rahat və effektiv istifadə üçün müştərilər UBank mobil tətbiqindən yararlana bilərlər. Tətbiq vasitəsilə kredit limiti, istifadə olunmuş məbləğ, minimal ödəniş, ödəniş tarixləri və taksit ödənişləri barədə məlumatları operativ izləmək mümkündür.

Yenilənmiş UCard haqqında ətraflı məlumatı “Unibank”ın rəsmi internet saytından (https://unibank.az/az/cards/view/1998/ucard) və bankın xidmət şəbəkəsindən əldə etmək olar.

Unibank- Sənin Bankın!

 

 

Related posts

Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

DƏNİZÇİLƏRƏ ÖZƏL KREDİT TƏKLİFİ

Çin faiz dərəcələrində gözlənilən qərar: 13-cü aydır ki, dəyişiklik yoxdur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı