Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ÜDM istehsalında 2,7 % azalma müşahidə olunub - BBN

ÜDM istehsalında 2,7 % azalma müşahidə olunub

2020-ci ilin yanvar-iyun aylarında ölkədə 33803,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz, neft-qaz sektorunda isə 2,9 faiz azalmışdır.

ÜDM istehsalının 35,7 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,6 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3393,7 manata bərabər olmuşdur.

Related posts

Bakı Fond Birjasında “PAŞA BANK” ASC-nin səhmlərinin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi uğurla yekunlaşmışdır

ABA və bank sektorunun nümayəndələri IsDB Group Annual Meetings 2026-da iştirak ediblər

Nazir müavini: Bundan sonra qadın sahibkarlığın inkişafına xüsusi əhəmiyyət veriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı