Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vətəndaşlar kredit götürərkən ən çox hansı əmlakı girov qoyur? – AÇIQLAMA - BBN

Vətəndaşlar kredit götürərkən ən çox hansı əmlakı girov qoyur? – AÇIQLAMA

1. Vətəndaşlar banklardan kredit götürərkən ən çox hansı növ əmlakı girov kimi təqdim edirlər? Bu barədə statistik məlumat varmı?

Hazırda Azərbaycanda vətəndaşların bank kreditləri üçün girov qoyduğu əmlakların növləri üzrə vahid və ictimaiyyətə açıq rəsmi statistika mövcud deyil. Girov portfelləri ayrı-ayrılıqda banklar tərəfindən uçota alındığı üçün ümumi bazar üzrə dəqiq rəqəm açıqlanmır.

Bununla belə, bank sektorunda mövcud təcrübəyə əsasən, fiziki şəxslərin kreditləri üzrə girov kimi ən çox yaşayış mənzilləri və fərdi yaşayış evlərindən istifadə olunur. Bunun əsas səbəbi bu əmlakların nisbətən yüksək likvidliyə malik olması və zərurət yarandıqda bazarda daha asan realizə edilə bilməsidir.

Mənzil və yaşayış evlərindən sonra girov kimi avtomobillər, kommersiya təyinatlı daşınmaz əmlak, torpaq sahələri, istehsalat və anbar obyektləri də təqdim edilir. Lakin avtomobillərin zaman keçdikcə dəyər itirməsi, torpaq və kommersiya obyektlərinin isə yerləşdiyi ərazi və bazar şərtlərindən asılı olaraq likvidliyinin dəyişməsi səbəbindən banklar bu növ girovların qiymətləndirilməsinə daha konservativ yanaşırlar.

2. Hazırda banklarda girov qoyulmuş əmlakların ümumi sayı nə qədərdir və onların strukturunda ən böyük pay hansı girov növlərinin üzərinə düşür?

Hazırda Azərbaycan bank sistemində girov qoyulmuş əmlakların ümumi sayını və onların mənzil, avtomobil, torpaq sahəsi və digər kateqoriyalar üzrə bölgüsünü göstərən vahid rəsmi statistika açıqlanmır. Bu səbəbdən bank sektorunda neçə əmlakın girovda olduğunu dəqiq rəqəmlə ifadə etmək mümkün deyil.

Azərbaycan Mərkəzi Bankının biznes kreditləri portfelinin təminatlılığı üzrə açıqladığı məlumatlar isə ümumi tendensiyanı müəyyən qədər göstərməyə imkan verir. 31 mart 2025-ci il və 31 mart 2026-cı il göstəricilərinin müqayisəsinə əsasən, biznes kreditləri üzrə tam təminatlı kreditlərin payı 0,8 faiz bəndi, qismən təminatlı kreditlərin payı isə 4,7 faiz bəndi azalıb. Eyni dövrdə təminatsız kreditlərin payı 5,5 faiz bəndi artaraq 26,6%-ə yüksəlib.

Xüsusilə mikro sahibkarlıq üzrə təminatsız kreditlərin payının 46,1%-dən 53,1%-ə yüksəlməsi diqqət çəkir. Bu göstəricilər biznes kreditləri seqmentində girov təminatından istifadə səviyyəsinin müəyyən qədər azaldığını və bankların kreditləşmədə daha çevik təminat mexanizmlərinə keçdiyini göstərir.

Girovların konkret strukturu üzrə rəsmi ümumi statistika olmasa da, bank sektorundakı praktikaya əsasən, girov portfelində yaşayış daşınmaz əmlakının ən böyük paya malik olduğu ehtimal edilir. Onu avtomobillər, kommersiya daşınmaz əmlakı və torpaq sahələri kimi digər girov növləri izləyir.

Ümumilikdə, mövcud məlumatlar bankların girov siyasətində müəyyən yumşalmanın müşahidə edildiyini göstərir. Kredit götürmək istəyən şəxslər və bizneslər üçün isə girov qoyulan əmlakın hüquqi statusu, sənədlərinin tamlığı, bazar dəyəri və likvidliyi kreditin təsdiqlənməsinə və təqdim ediləcək şərtlərə birbaşa təsir edən əsas amillər olaraq qalır.

azxeber.com

Related posts

Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 131 milyon manat daxil olub

22 İyul-MİLLİ MƏTBUAT GÜNÜ

DSMF-nin xərcləri 4 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı