Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ümumi Daxili Məhsul istehsalı artıb - BBN

Ümumi Daxili Məhsul istehsalı artıb

2021-ci ilin yanvar-iyul aylarında ölkədə 47 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artmışdır.

ÜDM istehsalının 40,3 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti,  1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 4 720,8 manata bərabər olmuşdur.

Related posts

Məcnun Məmmədov: “Banklar fermerlər üçün girov tələblərini yumşaltmağa hazırdır”

Azərbaycanda sığorta bazarı bu il 2%-ə yaxın böyüyüb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı