Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ümumtəhsil məktəblərində təhlükəsiz internet mövzusunda keçirilən dərslərdə 2600-dən çox şagird iştirak edib - BBN

Ümumtəhsil məktəblərində təhlükəsiz internet mövzusunda keçirilən dərslərdə 2600-dən çox şagird iştirak edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fevral ayında Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar keçirdiyi təlimin iştirakçısı olmuş ümumtəhsil müəssisələrinin müəllimləri şagirdlər üçün açıq dərslər təşkil ediblər.

Açıq dərslər Bakı, Şamaxı, Qəbələ, Mingəçevir, Zaqatala və Şəkinin ümumtəhsil məktəblərində keçirilib. Elektron Təhlükəsizlik Xidməti 70 informatika müəllimini əvvəlcədən təlim materialları ilə təmin edib.

Açıq dərslərə 6-11-ci sinif şagirdləri – ümumilikdə 2600-dən artıq məktəbli cəlb olunub. Onlar zərərli informasiya, mövcud kibertəhdidlər və təhlükəsiz internet mühitinin formalaşdırılması üçün əsas kibergigiyena qaydaları barədə məlumatlandırılıblar.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti uşaqların internetdən təhlükəsiz istifadəsi məsələsini daim diqqətdə saxlayır. Qurum 2013-cü ildən mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir.

Related posts

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı