Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib - BBN

Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib

Unibank tərəfindən universitet tələbələri üçün “Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət” mövzusunda maarifləndirici seminarlar təşkil edilib.  “Unibank”ın Dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya-Abbasova tərəfindən ADA və UNEC tələbələri üçün keçirilən tədbirlərdə ümumilikdə 50-dən çox tələbə iştirak edib.

Seminarlarda dayanıqlı maliyyə ilə bağlı əsas anlayışlar, iqlim dəyişikliyi və ölkəmizin iqlim gündəliyi, qlobal və lokal kontekstdə dayanıqlı maliyyənin inkişaf perspektivləri, bank sektorunun bu sahədə rolu haqqında geniş məlumat verilib. Eyni zamanda dayanıqlı iqtisadi inkişaf və iqlim dəyişmələri ilə mübarizədə bankların müstəsna rolu, dayanıqlı maliyyənin banklar üçün gətirdiyi yeni reallıq və gələcək trendlər, ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) prinsiplərinin bankçılıq fəaliyyətinə inteqrasiyası və bu istiqamətdə beynəlxalq trendlər müzakirə olunub.

Seminarların sonunda tələbələrin sualları cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim edilib.

Unibank üçün dayanıqlı maliyyə üzrə məlumatlılığın artırılması uzunmüddətli dövrdə bankın strateji dayanıqlılıq vizyonunun əsas istiqamətlərindən birini təşkil edir. Bu cür maarifləndirici təşəbbüslər, eyni zamanda, “Unibank”ın məsuliyyətli korporativ təşkilat olaraq ölkənin davamlı inkişaf hədəflərinə töhfəsidir.

Unibank-Sənin Bankın!

Related posts

Ötən il maliyyə sektoru üzrə cərimələrin həcmi 600 min manata çatıb

BVF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb

Mərkəzi Bank əhalinin borc yükünün artmasını şərh edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı