Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibankdan sahibkarlara növbəti dəstək! - BBN

Unibankdan sahibkarlara növbəti dəstək!

Unibank xüsusi karantin rejimində biznes müştərilərinə daha bir güzəşt təqdim edib. Bank, POS-terminal və elektron kommersiya (e-commerce) partnyorlarına ekvayrinq komissiyalarında 50% endirim tətbiq edib. Bankın partnyorları olan sahibkarlar sentyabrın 30-dək POS-terminal və elektron kommersiya (e-commerce)  üzərindən qəbul etdikləri ödənişlərə görə komissiya haqqının yarısını ödəməyəcək. Bu güzəşt, bankın bu sahədə fəaliyyət göstərən bütün partnyorlarını əhatə edir.

Xatırladaq ki, Unibank “Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” nominasiyasının qalibi seçilib. 2019-cu ilin nəticələri əsasında aparılan dəyərləndirmə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən aparılıb. Ölkədə nağdsız əməliyyatların və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, hər zaman qaliblər sırasında olur.

Unibank bundan sonra da ölkədə elektron ticarətin və nağdsız ödənişlərin inkişafına öz dəstəyini verməkdə, biznes tərəfdaşlarına sərfəli əməkdaşlıq təklifləri etməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək.

Unibank- hər kəsin bankı!

Related posts

RABİTƏBANKDAN SƏRFƏLİ NAĞD PUL KREDİTİ KAMPANİYASI BANK, SIĞORTA VƏ MOBİL OPERATOR ƏMƏKDAŞLARINA ÖZƏL

AccessBank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi

Expressbank “Sahibkarlar Günü” münasibətilə sahibkarlarla görüş keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı