Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Unibankdan sahibkarlara təklif: POS- terminal xidmətinə qoşul, smart kassa istifadəsindən faydalan! - BBN

Unibankdan sahibkarlara təklif: POS- terminal xidmətinə qoşul, smart kassa istifadəsindən faydalan!

Əgər hələ də obyektinizdə POS-terminal yoxdursa, “Unibank”ın sərfəli POS-terminal xidmətindən faydalana bilərsiniz. Çünki “Unibank”da POS-terminal xidmətinə qoşulmaq, biznes sahiblərinə eyni zamanda smart kassa istifadəsindən yararlanmaq imkanı verir. Bu xidmətə qoşulmaqla, büdcənizə də xeyli qənaət edə bilərsiniz.

“Unibank”ın POS-terminal xidmətindən istifadə etmək üçün 117 Çağrı Mərkəzi ilə əlaqə saxlaya  yaxud  bankın saytından (https://unibank.az/az/corporatemenus/31/pos_terminal_smart_kassa)  müraciət edə bilərsiniz.

“Unibank”ın POS- terminal xidməti biznes sahiblərinə hansı imkanları yaradır:

  • Visa və Mastercard beynəlxalq ödəniş kartlarını qəbul etmək;
  • UCard ilə hissəli satış imkanları;
  • POS terminal dövriyyəsinin 150%-dək həcmində komissiyasız onlayn biznes krediti (15 dəqiqə ərzində);
  • Pulsuz İnternet-bankinq;
  • Bankın bütün digər korporativ xidmətlərindən istifadə imkanı.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

Unibank- Sənin Bankın!

Related posts

Ziraat Bank Azərbaycan 15 milyon AZN həcmində istiqraz emissiyasını təqdim edir!

Naxçıvanda 7 ayda büdcəyə 146 milyon manat vergi daxil olub

Azərbaycan əhalisinin nominal gəlirləri 55,6 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı