Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüqar Gülməmmədov: “Büdcə sistemi haqqında” qanunun təkmilləşdirilməsinə ehtiyac var - BBN

Vüqar Gülməmmədov: “Büdcə sistemi haqqında” qanunun təkmilləşdirilməsinə ehtiyac var

“Büdcə sistemi haqqında” qanun əsasən dövlət büdcəsi ilə bağlı ümumi prosedurları müəyyən edir və dövlət sektorunun maliyyəsinin idarə olunması ilə bağlı yanaşmaları tam əhatə etmir.

Bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Onun sözlərinə görə, dövlət sektorunun aktiv və öhdəliklərinin konsolidə edilmiş hesabatlılığı, vergi stimullarının təhlili və onların büdcəyə təsiri, eləcə də iqtisadiyyatın ayrı-ayrı sahələrinin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi ilə bağlı məlumatların qanunvericilikdə əks etdirilməsi faydalı ola bilər.

“Hesab edirik ki, bu məlumatların qanunda təsbit edilməsi, bəzi hallarda isə büdcə sənədləşməsinə daxil edilməsi dövlət maliyyəsinin idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə sədr bildirib.

V.Gülməmmədov parafiskal ödənişlərin idarə olunması məsələsinə də toxunub. O qeyd edib ki, təkrar emal haqları, pullu yollar və üzvlük haqları kimi ödənişləri toplayan təşkilatlar həmin vəsaitlərin istifadəsi ilə bağlı hesabat təqdim etməlidirlər.

Sədr vurğulayıb ki, dövlət qurumları bu vəsaitlərin istifadəsinin səmərəliliyini təhlil edə və zərurət yarandıqda büdcə vəsaitlərinin yenidən bölüşdürülməsi ilə bağlı qərarlar qəbul edə bilərlər.

Onun fikrincə, təklif olunan dəyişikliklər həm hesabatlılıq və şəffaflığın artırılmasına, həm də büdcə proqnozlaşdırılması institutunun etibarlılığının gücləndirilməsinə xidmət edəcək.

Related posts

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı