Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Vüsal Xəlilov Daşkənddə maliyyə texnologiyalarının gələcəyindən danışıb - BBN

Vüsal Xəlilov Daşkənddə maliyyə texnologiyalarının gələcəyindən danışıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu”nda spiker qismində çıxış edib.

Məlumata görə, V.Xəlilov forum çərçivəsində “Sərhədlərin tənzimlənməsi – süni intellekt və tokenləşdirmə” mövzusunda keçirilən panel müzakirəsində iştirak edib.

AMB sədr müavini çıxışı zamanı maliyyə sektorunda sürətlə inkişaf edən texnologiyaların yaratdığı yeni imkanlar və çağırışlardan danışıb. O, tənzimləyici yanaşmaların müasir texnoloji trendlərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb, həmçinin süni intellekt və tokenləşdirmənin maliyyə xidmətlərinin gələcəyinə mümkün təsirləri barədə fikirlərini bölüşüb.

V.Xəlilov Azərbaycanda maliyyə texnologiyalarının təşviqi, rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi və innovativ həllərin maliyyə sektoruna inteqrasiyası istiqamətində AMB tərəfindən həyata keçirilən təşəbbüslər barədə də məlumat verib.

Forumda maliyyə texnologiyalarının inkişafı, süni intellektin maliyyə sektorunda tətbiqi və tokenləşdirmə kimi aktual məsələlər müzakirə olunur.

Mənbə: AMB

Related posts

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 121 milyon manatı keçib

“AzerGold”un xalis mənfəəti 70,8% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı