

ABŞ-ın pərakəndə ticarət nəhəngi “Walmart” daha bir innovativ layihəyə imza atmağı planlaşdırır. “Coinstar” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılan bu pilot layihə əsasında bəzi “Walmart” supermarketlərinin qarşısında xüsusi bankomatlar yerləşdiriləcək. İlkin olaraq, 200 filialın qarşısında yerləşdirilməsi planlaşdırılan bu bankomatlar vasitəsilə istehlakçılar “bitcoin” kriptovalyutası satın ala və sata, eləcə də dollar valyutası formasında məxaric edə biləcəklər.
“Coinme” tətbiqetməsinin interfeysinə sahib olan bu bankomatlarda kriptovalyutanın qiyməti dinamik olaraq bazar qiymətlərinə uyğun avtomatik tənzimlənəcək. Yeni layihənin açıqlanması ilə birjalarda “bitcoin” kriptovalyutasının qiyməti 3.77% artaraq 63 min dolları ötüb.
413.6 milyard dollar həcmində bazar kapitalizasiyasına malik olan “Walmart” supermarketlər şəbəkəsi ümumilikdə 4700-dən artıq filiala sahibdir.