Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank “Əmanət” lotereyasının 1-ci tirajının qaliblərini mükafatlandırdı - BBN

Xalq Bank “Əmanət” lotereyasının 1-ci tirajının qaliblərini mükafatlandırdı

Xalq Bankın stimullaşdırıcı “Əmanət” lotereyasının 1-citirajının qaliblərinə pul mükafatları təqdim olunub. 

İlk tirajın nəticələrinə əsasən, ümumilikdə 75 nəfər müxtəlif məbləğlərdə pul mükafatı qazanıb. Qaliblər lotereya şərtlərinə uyğun olaraq bankın filial qrupları üzrə müəyyən edilib və mükafatlar müvafiq filiallarda qaliblərə təqdim edilib.  

Bu tiraj üzrə ən yüksək uduş olan 15 ədəd 5 000 AZN pul mükafatının qalibləri Xalq Bankın Neftçilər, Mərkəz, Mingəçevir, Şəmkir, Tovuz, Şamaxı, Şəki, Yevlax, Quba, Şabran, Lənkəran, Şirvan və Neftçala filiallarının müştəriləridir. 

Bundan əlavə, müxtəlif regionlardan 25 nəfər 1 000 AZN, 35 nəfər isə 500 AZN məbləğində pul mükafatını qazanıb.Ümumilikdə, ilk tirajda 117 500 AZN dəyərində pul mükafatları öz sahibini tapıb. 

Xatırladaq ki, hazırda “Əmanət” lotereyasının 2-ci tirajı davam edir. Lotereya çərçivəsində Xalq Bankın “Müddətli”, “Proqress”, “VİP-Rantye” və rəqəmsal əmanət məhsulları üzrə yeni əmanət yerləşdirən və ya mövcud əmanətininmüddəti uzadılan müştərilər növbəti tirajlarda müxtəlif məbləğlərdə pul mükafatları, eləcə də hər biri 50 000 AZN olan iki əsas uduşdan birini qazanmaq şansı əldə edəcəklər.  

“Əmanət” lotereyasının 2-ci tirajın qalibləri 12 oktyabr 2026-cı il tarixində müəyyən ediləcək. Şərtlər barədə ətraflı: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/lotereya 

 

Related posts

Bank of Baku-da “Hepatiti tanı, səhhətini qoru” seminarı baş tutub

Mərkəzi Bankın sədrinin EKSKLÜZİV MÜSAHİBƏSİ

Mərkəzi Bankın sədri Taleh Kazımov ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı