Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank “Fintex Sammit 2025” tədbirində “Bank tərəfdaşı” qismində iştirak etdi - BBN

Xalq Bank “Fintex Sammit 2025” tədbirində “Bank tərəfdaşı” qismində iştirak etdi

Xalq Bank 24-25 iyun tarixində Bakıda “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda  keçirilmiş “FINTEX SAMMIT 2025” tədbirinə sponsorluq edərək “Bank tərəfdaşı” qismində iştirak etdi.

Regionun aparıcı maliyyə tədbirlərindən biri olan sammit çərçivəsində rəqəmsal bankçılıq, fintex layihələri, süni intellekt və kibertəhlükəsizlik kimi aktual mövzular ətrafında müzakirələr aparıldı.

Panel müzakirəsində Xalq Bankın Xəzinədarlıq idarəsinin direktoru Fərəc Axundov çıxış edərək investisiya fəaliyyətində rəqəmsallaşma imkanları, innovativ texnologiyaların tətbiqi və bazar perspektivləri barədə fikirlərini bölüşdü. Spiker, həmçinin tədbir iştirakçılarına XalqOnline mobil və internet bankçılıq sistemində istifadəyə veriləcək rəqəmsal investisiya xidmətləri barədə məlumat verdi və Bankın bu istiqamətdə hədəfləri ilə bağlı yenilikləri bölüşdü.

Xatırladaq ki, Xalq Bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinə lisenziya almış ilk bankdır. Artıq Xalq Bank müştəriləri olan fiziki və hüquqi şəxslər XalqOnline sistemi vasitəsilə investisiya imkanlarından yararlanmaqla maliyyə bazarlarına rahat və sərfəli çıxış əldə edəcəklər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

Azərbaycan Mərkəzi Bankına 10-cu baş direktor təyin edilib

Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub

Xalq Bank First Abu Dhabi Bankda müxbir hesab açdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı