Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank First Abu Dhabi Bankda müxbir hesab açdı - BBN

Xalq Bank First Abu Dhabi Bankda müxbir hesab açdı

Xalq Bank beynəlxalq maliyyə institutları ilə əlaqələri inkişaf etdirərək Birləşmiş Ərəb Əmirliklərinin ən böyük bankı olan First Abu Dhabi Bankı ilə müxbir əlaqələr qurmuşdur.

Bu tərəfdaşlıq Xalq Bankın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti uğurlu addım olmaqla yanaşı, müştərilərə təqdim olunan beynəlxalq ödəniş həllərində səmərəliliyin artırılmasına və maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə xidmət edir. Yeni əməkdaşlıq beynəlxalq ödənişlərin daha sürətli və çevik həyata keçirilməsi imkanlarını təqdim edir. Həmçinin geniş müxbir bank şəbəkəsi xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkar müştərilərə etibarlı və keyfiyyətli bank xidmətlərindən yararlanmaq üçün əlavə imkanlar təqdim edir.

Hazırda Xalq Bank regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

AccessBank qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!

Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı