Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub - BBN

Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub

Mərkəzi Bank tərəfindən rəqəmsal maliyyə xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biri “Açıq bankçılıq” yanaşmasının tətbiqidir. Bir sıra kommersiya banklarının inteqrasiya olunduğu bu ekosistemə ilk dəfə olaraq iki elektron pul təşkilatı — “Mpay” və “Qoldenpey” (Pulz) də qoşulub.

Bu inteqrasiya ölkədə maliyyə texnologiyalarının inkişafına, innovativ ödəniş həllərinin genişlənməsinə və istifadəçilər üçün daha əlçatan rəqəmsal xidmətlərin formalaşmasına töhfə verir.

“Açıq bankçılıq” mexanizmlərinin tətbiqi istifadəçilərə müxtəlif maliyyə hesablarını vahid platforma üzərindən idarə etmək, eləcə də maliyyə məlumatlarına daha rahat və təhlükəsiz şəkildə çıxış əldə etmək imkanı verir.

İnteqrasiya həmçinin elektron pul təşkilatları üçün yeni imkanlar yaradır. Belə ki, “Açıq bankçılıq” mühiti innovativ məhsul və xidmətlərin inkişafını təşviq edir, bazar iştirakçıları arasında əməkdaşlığı gücləndirir və rəqabət qabiliyyətini artırır.

Beləliklə, bu təşəbbüs maliyyə əməliyyatlarında şəffaflığın yüksəldilməsinə, rəqəmsal iqtisadiyyatın genişlənməsinə və maliyyə inklüzivliyinin artırılmasına xidmət edir.

Qeyd edək ki, hazırda “Açıq bankçılıq” ekosisteminin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Növbəti mərhələlərdə digər iştirakçıların da ekosistemə qoşulması nəzərdə tutulur.

Related posts

Azərbaycan Mərkəzi Bankına 10-cu baş direktor təyin edilib

Xalq Bank First Abu Dhabi Bankda müxbir hesab açdı

Tender qarantiyasını Yelo İnternet Bankçılıqda tam onlayn əldə et!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı