Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bank IX Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu - BBN

Xalq Bank IX Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu

Xalq Bank 19–20 noyabr 2025-ci il tarixlərində “Etibarlı, Təhlükəsiz və Davamlı Bankçılıq” mövzusunda Bakı Marriott Hotel Boulevard hotelində keçirilmiş IX Beynəlxalq Bankçılıq Forumunda (IBF 2025) bank tərəfdaşı qismində iştirak etdi. Tədbir Mastercard ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil edilmişdir.

“Etibarlı, Təhlükəsiz və Davamlı Bankçılıq” mövzusunda keçirilən forumda yerli və beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak edərək maliyyə və bank sektorundakı innovativ həlləri, fintex, rəqəmsallaşma və ödəniş ekosistemindəki yenilikləri müzakirə ediblər.

Xalq Bank, forumun təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafata layiq görülüb.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

Rabitəbank maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər

Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı