Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB “AniPay” ödəniş sistemi ilə bağlı yeni strategiya üzərində işləyir - BBN

AMB “AniPay” ödəniş sistemi ilə bağlı yeni strategiya üzərində işləyir

Azərbaycan Mərkəzi Bankı (AMB) “AniPay” ödəniş sisteminin gələcək inkişafını müəyyən edəcək yeni strategiya hazırlayır. Bu barədə AMB-nin sədr müavini Vüsal Xəlilov  açıqlamasını bildirib.

O qeyd edib ki, Ani Ödəniş Sistemi normal fəaliyyət göstərir və banklarla inteqrasiya genişlənməkdədir. Hazırda strategiya çərçivəsində “AniPay”ın veb və mobil tətbiq versiyalarının fəaliyyəti ilə bağlı qərarlar veriləcək.

Vüsal Xəlilov əlavə edib ki, hazırda mobil və veb platformaların istifadəçi sayı kifayət qədər olmadığından bu məsələ Mərkəzi Bank üçün prioritet deyil. Lakin gələcəkdə ictimai tələb artarsa və ya bank sektorunun ehtiyacları dəyişərsə, əlavə tədbirlər görülə bilər.

Qeyd edək ki, “AniPay”ın veb və mobil tətbiq versiyalarında yay aylarından məhdudiyyətlər mövcuddur və yeni istifadəçi qeydiyyatı müvəqqəti dayandırılıb. Məhdudiyyətlər xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün aparılan texniki işlərlə əlaqədardır.

Related posts

Azərbaycan və Qırğızıstan bankları arasında HR sahəsində təcrübə mübadiləsi keçirilib

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı