Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek! - BBN

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Xalq Bank Digital Card sahibləri üçün yeni kampaniyaya start verir! Kampaniya ərzində Digital Card vasitəsilə aparılan təmassız NFC ödənişləri kart sahibinə 10 % keşbek (maks. 10 AZN), XalqOnline mobil tətbiqində aparılan ödənişlər 20 % keşbek (maks. 10 AZN) qazandırır. Kampaniya 31 oktyabradək qüvvədədir.

Qeyd edək ki, Xalq Bank və VISA beynəlxalq ödəniş sistemi tərəfindən təqdim edilən “Digital Card” XalqOnline istifadəçiləri üçün nəzərdə tutulan rəqəmsal debet kartıdır. Kartı banka gəlmədən və vaxt itirmədən birbaşa XalqOnline tətbiqində əldə edərək aktivləşdirmək mümkündür. Digital Card vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirmək və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar. Kart AZN valyutasında və pulsuz təqdim edilir, istifadə müddəti 1 ildir.

Müasir və funksional XalqOnline mobil tətbiqi hər kəs üçün əlçatandır – tətbiqi App Store və ya Google Play platformalarından yükləmək mümkündür.

Kampaniyada iştirak edən əməliyyat növləri barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/up-to-20-cashback-on-transactions-with-a-digital-card-az?include=menu

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Related posts

Expressbankın xalis mənfəəti ilin ilk rübündə 35%-dən çox artıb

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

MDM-in sədri: “Yeni maliyyə alətləri üçün çevik infrastruktur qururuq” – MÜSAHİBƏ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı