Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Xarici valyutanı ölkəyə qaytarmayanlara tətbiq edilən cərimə azaldılır - BBN

Xarici valyutanı ölkəyə qaytarmayanlara tətbiq edilən cərimə azaldılır

Xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş xarici valyuta vəsaitlərinin Azərbaycana qaytarılmamasına görə tətbiq edilən inzibati cərimələrin məbləği dəyişdirilir və müəyyən hallarda məsuliyyətdən azadolma tətbiq olunacaq.

BBN.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarındakı hesablara məcburi qaydada köçürülməli olan valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər həmin vəsaitin 10%-dən 20%-dək, hüquqi şəxslər isə 20%-dən 30%-dək məbləğdə cərimələnəcək.

Bununla yanaşı, yeni qaydada məsuliyyətdən azadolma imkanı da yaradılır. Belə ki, inzibati xəta ilə bağlı məhkəmə və ya digər səlahiyyətli orqan qərar qəbul edənədək xaricdən qaytarılmalı olan valyuta vəsaitləri ölkəyə qaytarılarsa, şəxs inzibati məsuliyyətdən azad ediləcək.

Əvvəlki qaydalara əsasən isə yalnız “az miqdarda” xarici valyuta vəsaitlərinin qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulurdu. Bu halda cərimənin məbləği qaytarılmayan valyutanın dəyərinin 30%-dən 50%-dək hissəsini təşkil edirdi.

Qeyd edək ki, əvvəlki qanunvericilikdə 20 min manatadək məbləğ “az miqdarda” hesab olunurdu. Yeni dəyişikliklə isə bu ifadə qanunun müvafiq normasından çıxarılır.

Related posts

AMB-nin banklara və BOKT-lara xalis tələbləri 35,5% azalıb

Qlobal istiqraz bazarında satış dərinləşir – gəlirlilik çoxillik maksimumlara yüksəlib

EMVCo AI-agentlərin kart ödənişləri üçün qlobal çərçivə hazırlayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı