Xızı və Hacıqabulda keçirilən əmək yarmarkalarında 182 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu dəfə Xızı və Hacıqabulda əmək yarmarkaları təşkil edilib.

Abşeron-Xızı və Şirvan-Salyan Regional Məşğulluq filiallarının keçirdiyi tədbirdə 16 işəgötürən tərəfindən 182 vakansiya təqdim edilib.

Yarmarka iştirakçılarına vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı