Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu dəfə Xızı və Hacıqabulda əmək yarmarkaları təşkil edilib.
Abşeron-Xızı və Şirvan-Salyan Regional Məşğulluq filiallarının keçirdiyi tədbirdə 16 işəgötürən tərəfindən 182 vakansiya təqdim edilib.
Yarmarka iştirakçılarına vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.