Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 9 faiz və ya 537 mln. manat artaraq 6 mlrd. 263 mln. manat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 6 faiz və ya 385 mln. manat çox olmaqla 6 mlrd. 601 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 371 mln. manat artaraq 5 mlrd. 237 mln. manat olub.

Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 6 mlrd. 263 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 537 mln. manat çoxdur.

Related posts

23 yaşlı Zaur 150-yə yaxın şəxsi belə aldadıb – Kiberpolisdən əməliyyat – Video

“Allianz” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb

EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı