Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Yapı Kredi Bank Azərbaycan" müştərilərinə Çinə birbaşa köçürmə imkanı təqdim edir! - BBN

“Yapı Kredi Bank Azərbaycan” müştərilərinə Çinə birbaşa köçürmə imkanı təqdim edir!

®) Yapı Kredi Bank Azərbaycan QSC müştərilərin xarici əməliyyatlarını asanlaşdırmağa davam edir. Bank bu məqsədlə Çinin aparıcı banklarından birində Çin yuanı hesabı açaraq beynəlxalq ödəniş imkanlarını genişləndirib.

Yapı Kredi Bank Azərbaycan müştəriləri artıq ödənişlərini birbaşa Çin yuanı valyutasında həyata keçirə, mübadilə xərclərini azaldaraq əməliyyat sürətini artıra biləcəkdir.

Eyni zamanda bankın geniş beynəlxalq müxbir şəbəkəsi vasitəsilə müştərilər Çin yuanı ilə yanaşı, İsveçrə frankı, Kanada dolları, Yapon yeni, Avstraliya dolları, Norveç və İsveç kronu kimi digər valyutalarda da birbaşa ödənişlər həyata keçirə bilərlər.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı