Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Yapı Kredi Bank Azərbaycan" müştərilərinə Çinə birbaşa köçürmə imkanı təqdim edir! - BBN

“Yapı Kredi Bank Azərbaycan” müştərilərinə Çinə birbaşa köçürmə imkanı təqdim edir!

®) Yapı Kredi Bank Azərbaycan QSC müştərilərin xarici əməliyyatlarını asanlaşdırmağa davam edir. Bank bu məqsədlə Çinin aparıcı banklarından birində Çin yuanı hesabı açaraq beynəlxalq ödəniş imkanlarını genişləndirib.

Yapı Kredi Bank Azərbaycan müştəriləri artıq ödənişlərini birbaşa Çin yuanı valyutasında həyata keçirə, mübadilə xərclərini azaldaraq əməliyyat sürətini artıra biləcəkdir.

Eyni zamanda bankın geniş beynəlxalq müxbir şəbəkəsi vasitəsilə müştərilər Çin yuanı ilə yanaşı, İsveçrə frankı, Kanada dolları, Yapon yeni, Avstraliya dolları, Norveç və İsveç kronu kimi digər valyutalarda da birbaşa ödənişlər həyata keçirə bilərlər.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Related posts

Azərbaycanda bank sektorunda əhali və şirkətlərin vəsaitlərinin hərəkətində fərqli tendensiya müşahidə olunur. Əhalinin banklardakı əmanətləri son bir ildə 15,8% artaraq 17,9 milyard manata çatdığı halda, qeyri-maliyyə təşkilatlarının depozitləri 4,3% azalıb. Eyni zamanda maliyyə təşkilatlarının depozitləri 41,8% artaraq 4,36 milyard manata yüksəlib. BBN.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov Musavat.com-a açıqlamasında əhalinin banklardakı əmanətlərinin artmasının bir neçə amillə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, əsas səbəblər arasında əhalinin gəlirlərinin artması, banklara inamın yüksəlməsi, depozit faizlərinin cəlbediciliyi və alternativ investisiya imkanlarının məhdudluğu yer alır. İqtisadçı qeyd edib ki, 2026-cı ilin ilk 7 ayında əhalinin nominal gəlirləri 9,8% artsa da, əmanətlərin 15,8% artımını yalnız gəlirlərin yüksəlməsi ilə izah etmək mümkün deyil. “Görünür, banklara inam, yüksək depozit faizləri və alternativ yatırım imkanlarının məhdudluğu daha böyük rol oynayır”, – deyə Eldəniz Əmirov bildirib. Maliyyə təşkilatlarının depozitlərinin 41,8% artmasını şərh edən iqtisadçı bunun sərbəst vəsaitlərin artması, büdcə vəsaitlərinin xərclənənədək banklarda saxlanılması və maliyyə təşkilatlarının vəsaitlərini digər istiqamətlərdənsə depozitlərdə yerləşdirməyə üstünlük verməsi ilə bağlı ola biləcəyini deyib. Qeyri-maliyyə təşkilatlarının depozitlərinin azalmasına gəlincə, Əmirov bunun şirkətlərin cari və əməliyyat xərclərinin artması, dövriyyə kapitalına daha çox vəsait yönəltməsi, vergi və digər ödənişlərin artması, həmçinin idxal və digər xarici ödənişlərlə əlaqəli ola biləcəyini qeyd edib. İqtisadçının fikrincə, əmanətlərin artması bank sisteminə etimadın və maliyyə sabitliyinin güclənməsi baxımından müsbət göstəricidir. Bu, eyni zamanda bankların kreditləşmə üçün resurs bazasını genişləndirir. Bununla belə, əhalinin vəsaitlərinin getdikcə daha çox bank depozitlərində cəmlənməsi alternativ investisiya alətlərinin kifayət qədər inkişaf etmədiyini və sərbəst vəsaitlərin real iqtisadiyyata birbaşa yönəldilməsi imkanlarının məhdud olduğunu da göstərə bilər.

Ekspert: Azərbaycanda bankların sayı 2030-cu ilədək 15-ə düşə bilər

İstehlak kreditini vaxtından əvvəl cəriməsiz qaytarmaq mümkündür? – Ekspertdən açıqlama

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı