Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yapı Kredi Bank Azərbaycan» QSC 2022-ci ilin ikinci rübünü mənfəətlə başa vurub - BBN

Yapı Kredi Bank Azərbaycan» QSC 2022-ci ilin ikinci rübünü mənfəətlə başa vurub

2022-ci ilin ikinci rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətini əhəmiyyətli dərəcədə artıraraq,  1 milyon 361 min AZN-ə çatdırıb.

Qeyd olunan dövr üçün bankın aktivləri 383.8 mln. manat, kredit portfeli ise  220.9 mln manat olmuşdur.  Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilən kreditlərin ümumi həcmində 26% olmaqla, biznes kreditlərinin 36% artımımüşahidə edilib. Belə ki, korporativ müştərilərə verilən kredit portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 2022-ci ilin ikinci rübündə 160 milyon manata çatmışdır və xüsusilə qeyd etmək lazımdır ki, həmin portfelin iqtisadi sahələr üzrə strukturunda qeyri-neft sektoru üstünlük təşkil edir. 

2022-ci ilin nəticələrinə görə hazırda bankın tutulmalardan sonra məcmu kapitalı artaraq 76.3 milyon manat çatıb. Mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

Cari ilin ikinci rübündə I dərəcəli kapitalın  adekvatlıq əmsalı 29%, məcmu kapitalının adekvatlıq əmsalı isə 31% olmuşdur. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.

Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Related posts

Azərbaycanda bank işçilərinin sayı 6%-dək artıb

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

OYUN VƏ ƏYLƏNCƏ DÜNYASINA İŞIQ SAÇAN YENİLİK

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı