Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yaponiyanın "Komaihaltec" şirkəti ilə Anlaşma Memorandumu imzalanıb - BBN

Yaponiyanın “Komaihaltec” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Yaponiyanın “Komaihaltec” şirkətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Yaponiya ilə enerji sahəsində əməkdaşlıq imkanlarının uğurla davam etdiyi bildirilib. Bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.

Daha sonra AREA ilə “Komaihaltec” şirkəti arasında bərpa olunan enerji layihələrinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, Azərbaycanın dağlıq rayonlarının kəndlərində bərpa olunan enerji mənbələrinin tətbiqi ilə hibrid elektrik enerjisinin istehsalından istifadə etməklə optimal elektrik və istilik təchizatı sisteminin layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulur.

Related posts

Mobil rabitə sektorunun gəlirləri artıb

İçveçrə ilə ticarət dövriyyəsinin həcmi artıb

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı