Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yaponya Mərkəzi Bankı faizini sabit saxladı - BBN

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

Yaponiya Mərkəzi Bankı (BOJ) siyasət faizini 0,5 % səviyyəsində dəyişməz saxlayıb. Eyni zamanda Bank portfelindəki bəzi aktivlərin, xüsusən də birjada ticarət olunan fondların (ETF) satışına başlayacağını açıqlayıb.

BBN.az xəbər verir ki, qərar bazar gözləntilərinə uyğun olub. Səsvermə zamanı iki idarə heyəti üzvü qərara qarşı çıxıb ki, bu da BOJ sədri Kazuo Ueda üçün ilk dəfədir ki, iki müxalif səslə üzləşir.

Planlara əsasən, BOJ hər il 620 milyard yen (təxminən 4 milyard ABŞ dolları) dəyərində ETF satışı həyata keçirəcək. Hazırda Bankın balansında bu tip aktivlərin ümumi həcmi 251 milyard dollar təşkil edir.

ETF-lər (Exchange Traded Fund) investorların vəsaitini bir fonda toplayaraq müxtəlif maliyyə alətlərinə yönəldən və birjada səhm kimi alınıb-satılan investisiya vasitələridir. Onların əsas üstünlükləri aşağı xərclər, yüksək likvidlik və riskin diversifikasiyası imkanıdır.

Related posts

Rabitəbank maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir

AccessBank, AmCham Azerbaijan və Neurotime süni intellekt hakatonunun qaliblərini elan etdilər

Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı