Yardımlıda keçirilən Aqrar Biznes Festivalında fermerlərdən – AQRAR SIĞORTAYA BÖYÜK MARAQ

Fondun stendini ziyarət edən fermerlər əkin sahələri və xüsusilə heyvanların sığortası ilə maraqlanıblar.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı iyunun 24-də Yardımlı rayonunda baş tutub.

Yardımlı şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilmiş festivalda dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən, müxtəlif mal və xidmətlər təklif edən şirkət və sahibkarlar, Yardımlı, Lerik, Astara, Lənkəran, Masallı rayonlarından yüzlərlə fermer qatılıblar.

Festivalda fermer kənd təsərrüfatında yeniliklərlə tanış olub. Festivalda iştirak edən dövlət qurumlar öz xidmətləri barədə təqdimat edib, fermerlərin sorğularını cavablandırıblar.

Aqrar Biznes Festivalında Aqrar Sığorta Fondu (ASF) da təmsil olunub. Fondun əməkdaşları festival iştirakçılarına aqrar sığorta, onun üstünlükləri, fermerlər üçün əhəmiyyəti, sığorta şərtləri barədə geniş məlumat verib.

Bildirilib ki, aqrar sığorta vasitəsilə 48 növ bitki məhsullarını, balıqçılıq təsərrüfatlarını sığorta etmək mümkündür.

Sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir, nəticədə sahibkarlar cüzi ödənişlə öz meyvə bağlarını və əkin sahələrini, heyvandarlıq təsərrüfatlarını sığorta edə bilərlər.

Bildirilib ki, aqrar sığorta əkin ahələri və heyvandarlıq təsərrüfatlarını təbiət hadisələri – dolu, fırtına, qasırğa, yanğın, 3-cü şəxsin hərəkətləri, xəstəliklər, heyvnaların zəhərlənməsi, ilan-həşarat sancmasından və sair hallardan sığortalayır.

Fermerlərə bildirilib ki, hadisə nəticəsində sığortalı fermerlərə dəyən zərəri Aqrar Sığorta Fondu qarşılayır. Belə ki, 2023-cü ildə fermerlərə 4,4 milyon manat, 2024-cü ilin yanvar-iyun aylarında isə 2,9 milyon manat sığorta ödənişi edilib.

Fondun stendini ziyarət edən fermerlər əkin sahələri və xüsusilə heyvanların sığortası ilə maraqlanıblar. Onlara bildirilib ki, aqrar sığorta vasitəsilə təkcə xaricdən idxal edilən mal-qaranı deyil, yerli heyvanları da sığorta etmək mümkündür. Bir qədər əvvəl Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə tariflər endirilib, nəticədə hazırda 1000 manat qiyməti olan mal-qaranı cəmi 26 manata, 300 manatlıq qoyun-keçini isə cəmi 8 manata sığorta etmək mümkündür. Bunun üçün heyvanlar birkalanmış, peyvəndlənmiş və EKTİS-də qeydiyyatda olmalıdır.

Heyvanların qeydiyyatı və birkalanması prosesi ilə maraqlanan fermerlərə ətraflı izahatlar verilib.

Eləcə də fermerlərə bildirilib ki, yalnız sertifikatlı toxumla əkinlən sahələr sığortaanır və toxumun müvafiq sertifikatının olması sığorta ödənişi zamanı bir daha yoxlanılır.

Fermerlər əkin sahələrinə vəhşi heyvanların hücumu nəticəsində zərər vurulması hallarını xatırladaraq, aqrar sığortanın bu riskləri qarşılaması ilə maraqlanıblar – onlara bildirilib ki, aqrar sığorta belə riskləri də qarşılayır və bu hadisələrlə bağlı ödənişlər edilməkdədir.

Festivalda Aqrar Sığorta Fonduna müstəqil aqrar sığorta eksperti işləmək istəyənlər tərəfindən də müraciətlər daxil olub. Onlar barədə məlumatlar qeyd edilib və tələblərə cavab verən mütəxəssislər təlimlərə cəlb ediləcəklər.

Festivalda Aqrar Sığorta Fondunun mütəxəssisləri tərəfindən fermerlərə təlim keçirilib, fermerlərin sualları cavablandırılıb.

Related posts

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu – Foto

Ankara OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin üzvləri ilə görüş keçirilib

İİTKM-in şöbə müdiri Çində seminarda iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı