Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yaxın Şərqdə hərbi gərginlik enerji bazarlarını silkələyir: Neft 140 dollara çata bilər - BBN

Yaxın Şərqdə hərbi gərginlik enerji bazarlarını silkələyir: Neft 140 dollara çata bilər

Yaxın Şərqdə artan hərbi gərginlik qlobal enerji bazarlarında ciddi qiymət artımı riski yaradıb. “APA-Economics” xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qruplarından biri olan ING Group-un əmtəə strategiyası üzrə rəhbəri Varren Patterson bildirib.

Analitikin sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra neft bazarında qiymətlərin yüksəlməsi gözlənilir. Qiymət artımının davamlılığı isə hərbi əməliyyatların müddəti və miqyasından birbaşa asılı olacaq.

Patterson qeyd edib ki, ICE birjasında ticarət olunan Brent markalı neftin qiyməti qısa müddətdə 80–90 ABŞ dolları/barel intervalına yüksələ bilər. Təchizatda ciddi və uzunmüddətli fasilələr yaranacağı təqdirdə isə qiymətlər 100 dolları keçə, ən pis ssenaridə isə 140 dollar/barel səviyyəsinə çata bilər.

Analitik vurğulayıb ki, İranın əsas neft ixrac nöqtəsi olan Xərq adası risk altındadır. Bu terminal vasitəsilə gündə təxminən 1,5 milyon barel neft ixrac olunur və əsas alıcı Çindir.

Eyni zamanda, İsrail təhlükəsizlik səbəbilə Leviathan qaz yatağıKarish qaz yatağı yataqlarını müvəqqəti bağlayıb. Bundan əlavə, İranın Hörmüz boğazını bağlamaqla bağlı açıqlaması qlobal enerji bazarlarında əlavə risk formalaşdırır. Qeyd olunur ki, bu boğazdan gündəlik təxminən 20 milyon barel neft və ildə 100 milyard kubmetrdən çox LNG daşınır ki, bu da qlobal LNG ticarətinin təxminən 20%-ni təşkil edir.

Patterson bildirib ki, mümkün blokada xüsusilə Asiya ölkələri üçün həssasdır. Hörmüz boğazından keçən neftin 84%-i və LNG-nin 83%-i Asiya bazarlarına yönəlir və əsas alıcı Çindir.

Analitik hesab edir ki, ciddi təchizat kəsintiləri baş verərsə, hökumətlər strateji neft ehtiyatlarından (SPR) koordinasiyalı şəkildə istifadə edə bilərlər. ABŞ-ın strateji ehtiyatları hazırda təxminən 415 milyon barel təşkil edir. Bununla belə, bu ehtiyatlardan istifadə yalnız müvəqqəti rahatlama effekti verə bilər.

Bundan başqa, OPEC+ ölkələri aprel ayı üçün gündəlik 206 min barel əlavə hasilat artımına qərar versə də, mümkün genişmiqyaslı təchizat pozuntuları fonunda bu həcm bazarı tam sabitləşdirmək üçün yetərli olmaya bilər.

Analitikə görə, qlobal LNG bazarında da risklər yüksək olaraq qalır. Qətər və BƏƏ-dən LNG axınında fasilələr yaranacağı halda, Avropada TTF indeksinə əsasən qaz qiymətləri 80–100 avro səviyyəsinə qədər yüksələ bilər.

Related posts

Kino Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Prezident büdcə, mühasibat və dövlət satınalmalarında rəqəmsallaşmanı təsdiqlədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı