Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib - Foto - BBN

Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın “Customer Tech Conference 2026” tədbiri keçirilib – Foto

İnnovativ bankçılıq həlləri ilə seçilən Yelo Bank, artıq dördüncü dəfə Mastercard-ın təşkilatçılığı ilə keçirilən “Customer Tech Conference” tədbirinə ev sahibliyi edib. Yelo Bank-ın baş ofisində keçirilən konfrans, ölkənin bank sektorundan 50-dən çox rəhbər və mütəxəssisi bir araya gətirərək rəqəmsal ekosistemin gələcəyini müzakirə etmək üçün unikal platformaya çevrilib.
Builki konfransda ən son texnoloji trendlər və tətbiqi gözlənilən yeniliklər diqqət mərkəzində olub. Tədbir iştirakçıları maliyyə xidmətlərini daha sürətli və təhlükəsiz edəcək aşağıdakı strateji mövzular ətrafında fikir mübadiləsi aparıblar:

  • 2026-cı ilin ikinci rübü üçün Mastercard-ın qlobal texnoloji relizləri və onların yerli bazara inteqrasiyası;
  • Ödənişlərin fərqli vasitəçilər və geniş şəbəkələr üzərindən aparılmasını təmin edən Agent Pay imkanları;
  • İctimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi və tətbiq olunan müasir tranzit modelləri;
  • Kiber-təhlükəsizlik, fırıldaqçılıqla mübarizə və müştəri məlumatlarının süni intellektlə qorunması həlləri.

Yelo Bank maliyyə sektorunun inkişafına təkan verən bu cür qlobal təşəbbüsləri dəstəkləməyə və innovasiyaların mərkəzində olmağa davam edəcək.
Debet kartı əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı