Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yelo Bank müştəriləri “Kredit Həyat Sığortası”ndan yararlana biləcəklər - BBN

Yelo Bank müştəriləri “Kredit Həyat Sığortası”ndan yararlana biləcəklər

Yelo Bank kredit götürəcək müştəriləri üçün “Kredit Həyat Sığortası” xidmətini təqdim edir. Bu xidmət kredit götürən müştərinin sağlamlıq vəziyyəti ilə bağlı riskləri sığorta edir. Belə ki, müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində daimi əlillik təyin olunması hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır. Bu yolla Yelo Bank, gözlənilməz vəziyyətlərdə müştərilərin ailələrinə maliyyə yükü olmadan həyatlarına davam edə bilmələri üçün dəstək olur.

Yelo Bank-ın bu yeni xidməti, müştərilərinə maliyyə təhlükəsizliyi təmin etməklə yanaşı, fərdi bankçılıq təcrübəsini də yüksəldir. Həyat gözlənilməz sürprizlərlə doludur – “Kredit Həyat Sığortası” bu cür sürprizlərə qarşı daha etibarlı və sabit bir maliyyə gələcəyi qurmağa kömək edir. Qeyd edək ki, bu sığorta növünü həm Yelo mobil tətbiqində onlayn kredit sifarişi, həm də filiallarda rəsmiləşdirilən kredit müraciəti zamanı əldə etmək mümkündür. Ətraflı məlumat üçün 981 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Yelo Bank-dan onlayn kredit sifarişi: https://bit.ly/kreditle

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/consumer-loan/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə yenilənmiş pul nişanı buraxılır

Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib.

VTB (Azərbaycan) yaz kampaniyasına start verir: 9,9%-dan kreditlər və komissiyasız rəsmiləşdirmə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı