Yaponiya hakimiyyəti valyuta bazarlarındakı müdaxilə taktikasını kökündən dəyişib. Əvvəllər müdaxilə ehtimalı barədə bazarlara “siqnal” verən Tokio rəsmiləri, artıq bu ənənədən imtina edərək “pusqu” (ambush) taktikasına keçiblər.
Məlumatlara görə, Yaponiya hökuməti yen-in ucuzlaşması üzərindən qazanc əldə etməyə çalışan spekulyantları sıxışdırmaq üçün daha gizli və hədəflənmiş əməliyyatlar həyata keçirir. Bu yeni strategiyanın əsas məqsədi bazar iştirakçılarını xəbərdar etmədən, ani və qəfil müdaxilələrlə yen-ə qarşı mövqe tutmağın maliyyə xərclərini artırmaqdır.
Ekspertlər bildirir ki, Tokionun bu “xəbərdarlıq atəşi” tipli əməliyyatları, bazarda yen-i qısa mövqedə saxlayan (short selling) investorlar üçün riskləri maksimuma çatdırıb. Hələlik heç bir rəsmi təsdiq olmasa da, valyuta məzənnəsindəki qəfil və qısamüddətli yüksəlişlər Tokionun yen-i 160 səviyyəsindən yuxarıda görmək istəmədiyini və bazarda fəal mövqe tutduğunu açıq-aşkar göstərir.