Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“YouTube” valideyn nəzarəti ilə bağlı yeni funksiya təqdim edib - BBN

“YouTube” valideyn nəzarəti ilə bağlı yeni funksiya təqdim edib

YouTube valideyn nəzarəti funksiyalarını yeniləyib. Yeni dəyişikliklərə əsasən, valideynlər artıq uşaqların və yeniyetmələrin “Shorts” videolarına sərf etdikləri vaxt üçün limit təyin edə biləcəklər.

Yenilik çərçivəsində “Yaxın vaxtlarda” taymerinin “0” dəqiqəyə qurulması da mümkün olacaq. Bu funksiya, məsələn, uşağın ev tapşırıqlarına hazırlaşarkən uzun videolara baxmasına icazə verib, qısa çarxlarla diqqətinin yayınmasının qarşısını almağa imkan yaradır. Uzun avtomobil səfərləri zamanı isə vaxtın daha səmərəli keçirilməsi üçün 60 dəqiqəlik limit təyin etmək mümkündür.

Bildirilib ki, yaxın həftələrdə “YouTube”un mobil tətbiq interfeysi də yenilənəcək. Yeniləmə valideynlər üçün öz hesabları ilə uşaq hesabları arasında keçidi daha rahat edəcək.

Bundan əlavə, valideynlər yatmaq vaxtı və fasilələr üçün xatırlatmalar qura biləcəklər. Qeyd olunub ki, 13–17 yaş arası istifadəçilər üçün bu seçimlər standart olaraq aktivdir.

Məlumata görə, 2025-ci ilin yayından etibarən “YouTube” ABŞ-də yetkinlik yaşına çatmayan istifadəçiləri süni intellekt vasitəsilə müəyyən etməyə başlayıb. Belə istifadəçilər aşkar edildikdə sistem avtomatik olaraq müvafiq məhdudiyyətləri aktivləşdirir: yaş məhdudiyyəti olan videolar göstərilmir, reklamlar isə fərdiləşdirilmir.

Related posts

“Nvidia” 2 milyard dollarlıq böyük investisiya elan etdi

Ötən il brend dəyərini ən çox itirən şirkətlər açıqlanıb

Uşaqlar üçün sosial medianı qadağan edən ölkələr

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı