Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yunus Abdulov SWIFT üzrə Azərbaycan Milli Üzvlər Qrupunun rəhbəri seçilib - BBN

Yunus Abdulov SWIFT üzrə Azərbaycan Milli Üzvlər Qrupunun rəhbəri seçilib

11 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə SWIFT nümayəndələri, eləcə də ölkənin bank sektorunu təmsil edən SWIFT üzvləri və istifadəçilərinin iştirakı ilə xüsusi görüş keçirilib. Tədbir beynəlxalq ödəniş ekosistemindəki cari dəyişikliklər, sərhədlərarası ödənişlərin gələcək inkişaf istiqamətləri və bank sektorunun qlobal transformasiya proseslərinə hazırlığı mövzularına həsr olunub.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qeyd edib ki, ABA bank-maliyyə sektorunda təşəbbüslərin koordinasiyası, aktual məsələlərin müzakirəsi üçün platformaların təşkili və sektorun inkişafına xidmət edən layihələrin dəstəklənməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. O, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinin və qabaqcıl təcrübələrin yerli bank sisteminə inteqrasiyasının maliyyə sabitliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş çərçivəsində iştirakçıların diqqətinə çatdırılıb ki, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin qərarı ilə ABA-nın icraçı direktoru Yunus Abdulov SWIFT üzrə Azərbaycan Milli Üzvlər Qrupunun (National Member Group – NMG) rəhbəri seçilib. Z.Nuriyev bu təyinatın SWIFT ilə Azərbaycan bank sektoru arasında əməkdaşlığı daha da gücləndirəcəyini, beynəlxalq təşəbbüslərlə bağlı məlumat mübadiləsini intensivləşdirəcəyini və yerli bankların qlobal maliyyə ekosistemindəki rolunu artıracağını bildirib.

Tədbirdə SWIFT nümayəndələri tərəfindən beynəlxalq ödəniş bazarındakı əsas tendensiyalar, G20 tərəfindən müəyyən edilmiş sərhədlərarası ödəniş hədəfləri və SWIFT-in gələcək inkişaf strategiyası ilə bağlı təqdimatlar keçirilib. Xüsusilə, beynəlxalq ödənişlərin daha sürətli, təhlükəsiz, şəffaf və izlənilə bilən formada həyata keçirilməsi üçün tətbiq olunan yeniliklər müzakirə edilib.

Müzakirələr zamanı yeni ödəniş modelləri, alternativ platformalar, blokçeyn əsaslı həllər, süni intellekt dəstəkli xidmətlər və proqramlaşdırılan ödənişlər kimi innovativ texnologiyaların maliyyə ekosisteminə təsiri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda tərəflər SWIFT və Azərbaycan bank sektoru arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayaraq, qlobal tendensiyaların ölkə banklarına operativ şəkildə çatdırılması və bilik mübadiləsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Related posts

Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib

Hesablama Palatası: Bəzi qurumlar büdcə vəsaitlərini bank hesablarında saxlayıblar

Deputat Azərbaycanda Aqrar Sənaye Bankının yaradılmasını təklif edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı