Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Zukerberqdən "Amazon" və "Google"a böyük zərbə: "Meta" səhmləri uçuşa keçdi! - BBN

Zukerberqdən “Amazon” və “Google”a böyük zərbə: “Meta” səhmləri uçuşa keçdi!

“Meta” təkcə sosial şəbəkə deyilmiş! Şirkətin süni intellekt infrastrukturuna xərclədiyi milyardları pula çevirmək üçün bulud texnologiyaları (Cloud) bazarına daxil olacağı xəbəri (“Meta Compute” layihəsi) rəsmən bazarı silkələyib. Şirkətin öz İA gücünün və çiplərinin “artıq qalan” hissəsini kənar tərtibatçılara satmağı planlaşdırması investorlar tərəfindən böyük coşqu ilə qarşılanıb və xəbərdən dərhal sonra “Meta”nın səhmləri 8%-dən çox kəskin yüksəliş nümayiş etdirib.

Bu gözlənilməz gedişlə birbaşa Amazon (AWS), Microsoft (Azure) və Google Cloud kimi sənaye nəhənglərini hədifə alan “Meta”, eyni zamanda CoreWeave kimi bulud provayderlərini də ciddi təhlükə altına qoyur. Ekspertlər Markın əlindəki nəhəng resurslarla qiymət balansını tamamilə dəyişə biləcəyini və bu rəqabətin digər texnologiya nəhənglərinin gəlirlərinə ciddi mənfi təsir göstərəcəyini proqnozlaşdırırlar.

Related posts

Qızıl sektorunda investisiya fürsəti: Risk-mükafat balansı yenidən qiymətləndirilir

Mərkəzi bankirlərin “süni intellekt” qorxusu: İqtisadiyyatda yeni dövr, yoxsa böyük risk?

Yen bazarlarında “pusqu” dövrü: Tokio spekulyantları hədəfə aldı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı