Home » Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir

by bbnadm
0 comment 0 views 2 minutes read

27 aprel 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran əsas məsələ 23.04.2020-ci il tarixdə Azәrbaycan Respublikası Mәrkәzi Bankının (AMB) İdarә Heyәti tərəfindən qəbul edilmiş, koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə 16 saylı qәrarın tətbiqi mexanizminin müzakirəsi olmuşdur.

Məlum olduğu kimi, bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamında nəzərdə tutulan tədbirlərlə sinxronlaşdırılmaqla bərabər, eyni zamanda daha geniş istiqamətləri, o cümlədən fiziki şəxslərə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin, bankların və dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələləri də nəzərdə tutur.

ABA üzvləri Koronavirus (COVID-19) pandemiyasının yaratdığı neqativ tendensiyaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə rəhbərliyinin uzaqgörən və düşünülmüş siyasətinə əsaslanaraq genişmiqyaslı işlərə başlanıldığını, Azərbaycan Respublikası Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi və digər əlaqədar qurumların iştirakı ilə müvafiq işçi qurupları yaradılmasını və Azərbaycan Banklar Assosiasiyasının da bu qruplarda təmsil olunduğunu xüsusi ilə vurğulamışlar.

ABA üzvləri bu kompleks və sistemli tədbirlərin davamı olaraq Mərkəzi Bank tərəfindən əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər planını rəhbər tutaraq, mövcud vəziyyəti təhlil etməklə sənəddə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı bəzi praktik məqamları müzakirə etmiş və meydana çıxan sualları cavablandırmışlar.

İclasın sonunda, yaranmış vəziyyətə uyğun olaraq əhaliyə göstərilən bank-maliyyə xidmətlərinin bütün karantin dövründə olduğu kimi, bundan sonra da fasiləsizliyinin təmin olunması, iqtisadiyyatın kreditləşməsi, bank-maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması kimi tədbirlərin davam etdirilməsinin vacibliyi bir daha qeyd edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.