11 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104002776 ISIN-li, 10 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 92.6302 AZN (7.9999%) və 96.5435 AZN (3.5999%) olan 19 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.1745 AZN (3.9995%), orta ölçülmüş qiyməti 96.2092 AZN (3.9618%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 45,763,900.00 AZN yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 9 fevral 2021-ci il.
Hərrac iştirakçıları 12 fevral 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.