Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində bir çox tədbirlər həyata keçirməkdə davam edir.
Bu tədbirlərin davamı olaraq ABA-nın dəstəyi ilə “Fineksus-Ritmus” şirkəti tərəfindən 04 mart 2022-ci il tarixində “SWIFT Service Bureau Services” mövzusunda virtual dəyirmi masa keçirilmişdir.
Qeyd edilən mövzuda şirkətin icra və dəstək direktoru Murat Kurtulmuş və həllər üzrə məsləhətçi Özgün Kars təqdimatla çıxış etmişdir.
Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirələr aparılmışdır.