Home » Əmək, məşğulluq və sosial müdafiə üzrə elektron xidmətlərə 9,9 milyon müraciət olub

Əmək, məşğulluq və sosial müdafiə üzrə elektron xidmətlərə 9,9 milyon müraciət olub

by bbnadm
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2022-ci ildə 9,9 milyon müraciət qeydə alınıb.

Ötən il e-təyinatlar davam edib, 231 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, e-qaydada 212 min fərdi şəxsi hesab açılıb. 

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin təyinatı e-sistem üzərindən aparılır. Son bir ildə bu istiqamətdə proaktiv qaydada 17,7 min təyinat həyata keçirilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 50-dən çox qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən 2022-ci ildə Nazirliyin informasiya bazalarına edilən sorğu sayı 209 milyon, servislər üzərindən mübadilə sayı 17,8 milyon olub.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.