Əmanətlərin Sığortalanması Fondu və Fondun ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu məhdudlaşdırılıb

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatını, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə almaqla, Əmanətlərin Sığortalanması Fondu və Fondun ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu 2020-ci il martın 17-dən 29-dək məhdudlaşdırır.

Bu dövr ərzində vətəndaş müraciətləri elektron formatda e-gov.az “Elektron Hökumət” portalı vasitəsilə adif.az saytı üzərindən və adif@adif.az e-mail ünvanı vasitəsilə (şəxsiyyəti təsdiq edən sənədin sürəti əlavə edilməklə) qəbul olunacaq.

Vətəndaşlar “941” qısa nömrə və (994 12) 596-65-91, (994 12) 596-65-92, (994 12) 596-65- 93 telefon nömrələri vasitəsilə zəruri məlumatları ala bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır