Home » ƏDV-nin geri qaytarılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin də iştirakı ilə görüş keçirilmişdir

ƏDV-nin geri qaytarılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin də iştirakı ilə görüş keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

23 dekabr 2020-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikasının Mərkəzi Bankının və  Azərbaycan Banklar Assosiasiyasına üzv bankların nümayəndələri ilə birgə onlayn görüş keçirilmişdir.

Məlum olduğu kimi, 2020-ci ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə  yaradılan xüsusi portal vətəndaşların istifadəsinə verilmişdir.

Əlavə dəyər vergisinin qaytarılması üçün yaradılan informasiya sisteminə bankların elektron bankçılıq həllərinin inteqrasiya olunması məqsədilə Azərbaycan Banklar Assosiasiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilmişdir. Bununla əlaqədar olaraq keçirilən görüşdə müvafiq informasiya sistemi ilə inteqrasiyanın yaradılması həmçinin ədvgerial layihəsinə digər bankların da  qoşulması məsələləri müzakirə edilmişdir.

 Qeyd edək ki, görüşdə müvəkkil bank qismində “Kapital Bank” və “Beynəlxalq Bank” iştirak etmişlər .

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.