Home » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 47 e-xidmət yaratmağı nəzərdə tutur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 47 e-xidmət yaratmağı nəzərdə tutur

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Elektronlaşdırma proqramını genişləndirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 47 elektron xidməti yaratmağı və prosesi gələn ilin sonunadək başa çatdırmağı nəzərdə tutur.

Həmin e-xidmətlərdən 25-inin proaktiv xidmət (müraciət olunmasına və sənəd təqdim edilməsinə ehtiyac olmadan vətəndaşa yaranmış hüquqları əsasında sosial təminat, əlillik üzrə təyinatların və sosial sığorta üzrə xidmətin avtomatik həyata keçirilməsi)  olması nəzərdə tutulur.

47 e-xidmətdən 7-nin ilin sonuna kimi, qalanlarının gələn il işə salınması planlaşdırılır.

Hazırda Nazirlik üzrə 26-sı proaktiv olan 53 e-xidmət fəaliyyət göstərir. Yeni e-xidmətlərin yaradılması ilə onların sayı 100-ə çatacaq. Bu da Nazirlik üzrə xidmətlərin (132 xidmət) elektronlaşma səviyyəsinin 76%-ə çatmasına imkan verəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.