Home » Əsas kapitala yönəldilmiş vəsait 1338,4 milyon manat təşkil edib

Əsas kapitala yönəldilmiş vəsait 1338,4 milyon manat təşkil edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2021-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1338,4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 32,0 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 49,0 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 1071,2 milyon manatı və ya 80,0 faizi məhsul istehsalı sahələrinə, 146,8 milyon manatı (11,0 faizi) xidmət sahələrinə, 120,4 milyon manatı (9,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 678,4 milyon manatını və ya 50,7 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1143,1 milyon manatı və ya 85,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 74,0 faiz, bank kreditləri 9,7 faiz, əhalinin şəxsi vəsaitləri 9,1 faiz, sair vəsaitlər 3,8 faiz, büdcə vəsaitləri isə 3,4 faiz təşkil etmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.