Home » Əsas kapitala yönəldilmiş vəsaitin həcmi açıqlanıb

Əsas kapitala yönəldilmiş vəsaitin həcmi açıqlanıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

2019-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17184,3 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 65,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 66,3 faizi məhsul istehsalı sahələrinə, 25,8 faizi xidmət sahələrinə, 7,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,8 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,0 faiz, büdcə vəsaitləri 28,3 faiz, bank kreditləri 12,0 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil edib.

2019-cu ildə Bakı şəhərində Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və DOST mərkəzlərinin inzibati binaları, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Pirşağı qəsəbəsində avtomobil tuneli, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Muğam Mərkəzi, Nizami kinoteatrının yeni binası, Ağdaş rayonunda Biyan Sənaye Parkı, Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad və Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolları, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qəbələ və Qobustan rayonlarında “Azərxalça” ASC-nin filialları, Qobustan-Poladlı avtomobil yolu, Şamaxı rayonunda “Asan Həyat” kompleksi, bunlardan əlavə Bakı şəhərində 1920 şagird yerlik ümumi təhsil müəssisəsi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi, 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 2220 şagird yerlik 7 ümumi təhsil müəssisəsi, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi və 4 ambulatoriya-poliklinika müəssisəsi, Lənkəran şəhərində 432, Şəki şəhərində 624, Ağcabədi rayonunda 696, Lerik rayonunda 360, Cəlilabad rayonunda 180, İmişli rayonunda 756, İsmayıllı rayonunda 400, Quba rayonunda 180 şagird yerlik ümumi təhsil müəssisəsi, Goranboy, Qazax, Qobustan və Şəmkir rayonlarında 585 çarpayılıq xəstəxana, Abşeron rayonunda 140 yerlik məktəbəqədər təhsil müəssisəsi, Beyləqan rayonunda 150 şagird yerlik ümumi təhsil müəssisəsi və 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, Oğuz rayonunda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.