Home » 1-ci rübdə Energetika Nazirliyi və tabeli qurumlara 1676 müraciət daxil olub

1-ci rübdə Energetika Nazirliyi və tabeli qurumlara 1676 müraciət daxil olub

by bbnadm
0 comments 0 views 0 minutes read

2023-cü ilin 1-ci rübü ərzində Energetika Nazirliyi və tabeli qurumlara 1676 vətəndaş müraciəti daxil olub.

Müraciətlərdən 1180-i müvafiq qaydada icra olunub, 364-ü icradadır. 132 müraciət isə məlumat xarakterlidir.

Müraciətlər əsasən elektrik enerjisi və təbii qaz təchizatı, elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisi verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, borc və cərimələr, sayğaclaşma, bərpa olunan enerji və digər mövzularla bağlı olub.

Rüb ərzində Nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 58 vətəndaş qəbul edilib və səsləndirilən müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.